COUNTY (20-28 NƏFƏRLİK) Hyundai County - Bu avtobusların 20-28 yerlik modelləri mövcud olduğundan, sərnişinlərin xüsusi rəğbətini qazanmağa nail olub. Əsasən koorperativ müştərilərimizin seçimi olan bu model avtobuslarımız daha çox şirkət işçi və kollektivlərinin daşınması sahəsində əvəzolunmazdır. Əlavə olaraqonuda vurğulayaq ki, məsafədən asılı olmayaraq, yaxın və uzaq səfərlərə bu avtobuslar vasitəsilə, rahat gediş-gəlişiniz mümkündür. Hazırda avtobus icarəsi üçün County avtobusunun 2014-cü il modeli təklif edilir.
Hyundai H1 - Hyundai şirkətinin ən uğurlu və praktik avtomobillərindən hesab edilir. Bu avtomobil vasitəsilə istənilən ünvana vaxtında çata bilərsiniz. Ən əsas özəlliklərindən biridə budur ki, Hyundai H1 markalı avtomobil 7-11 yerlik olur. Açılacaq oturacaqlar sayəsində 7 nəfərlik Hyundai H1 bir anda 11 yerlik ola bilir. Bu da sərnişinlərin rahatlığına şərait yaradır.
İsuzu - Uzaq məsafələrə komfortlu səyahət üçün nəzədə tutulmuş İsuzu Novo markalı avtobuslarımız geniş və rahat oturacaqlarla seçiləndir. Bu avtobusların 29-31 yerlik modelləri mövcud olduğundan, sərnişinlərin xüsusi rəğbətini qazanmağa nail olub. Yaxın və uzaq səfərlərə bu avtobuslar vasitəsilə, rahat gediş-gəlişiniz mümkündür. Hazırda avtobus icarəsi üçün Isuzu Nova avtobusunun 2014-cü il modeli təklif edilir.
0403 AVTOBUS (45-48 NƏFƏRLİK) Mercedes Benz 0403 - 45-48 oturacaqdan ibarət olan avtobusdur. Mercedes Benz şirkəti nisbətən köhnə model hesab olunan bu avtobusun istelsalını dayandırsada, salonlarının tamamilə dəyişdirilməsi və daha rahat oturacaqlarla təmin olunmasına görə, yeni model avtobuslardan heç də geri qalmır. Məhz buna görə də müştərilərin məmnuniyyətini qazanan Mercedes Benz 0403 modeli, sifarişcilər tərəfindən mütəmadi olaraq sifariş olunur. Hazırda avtobus icarəsi üçün Mercedes 0403 avtobusunun 2010-cü il modeli təklif edilir.
Otokar - Bu avtobusların 23-28 yerlik modelləri mövcud olduğundan, sərnişinlərin xüsusi rəğbətini qazanmağa nail olub. Yaxın və uzaq səfərlərə bu avtobuslar vasitəsilə, rahat gediş-gəlişiniz mümkündür.
Mercedes Benz Sprinter - Mercedes minivan avtomobillərindən ən öndə gedən model hesab olunur. Bu minivanlar 12-20 yerlik olur, istər sadə, istərsə də long modelləri mövcuddur, bu avtobuslar vasitəsilə istənilən ünvana tam rahat və vaxtında çata bilərsiniz. Bu model avtobusların sizin rahatlığınız üçün istehsal olunduğunu, Mercedes Benz şirkəti dönə-dönə öz rəsmi səhifəsində bildirmişdir. Hazırda avtobus icarəsi üçün Mercedes Sprinter mikroavtobusunun 2014-cü il modeli təklif edilir.
Hazırda avtobus icarəsi üçün Toyota Hiace mikroavtobusunun 2014-cü il modeli təklif edilir. Toyota Hiace - komersiya məqsədləri üçün istifadə olunan mikroavtobusdur. Toyota şirkəti tərəfindən 1967-ci ildən bəri buraxılır.
Avtobusların kirayə verilməsi və sərnişin daşınmalarına korporativ sifarişlərin qəbulu bizim nəqliyyat şirkətin əsas fəaliyyət istiqamətləridir. Şirkətimiz avtobusların, mikroavtobusların və minik maşınlarının gündəlik, həftəlik, aylıq və uzun müddətli icarəsini təşkil edir.
©